Bu həftə Unibank Premyer Liqasında “Qarabağ”la qarşıılaşacaq "Neftçi"nin baş məşqçisi Arif Əsədov müsahibə verib.
- Arif müəllim, komandanız oyuna necə hazırlaşır?
- İstirahətdən sonra məşqlərə başlamışıq. Hələ ki, gündə iki dəfə hazırlıq prosesi olur, sonra biriylə kifayətlənəcəyik. Üç zədəli futbolçumuz var. Söhbət Paulius Qribauskas, Rail Məlikov və Flavinyodan gedir. Yüngülvari zədəlilər isə bərpa prosesi keçir.
- “Qəbələ” ilə oyunda xal itirdiniz. Səhvlərdən nəticə çıxarılıbmı?
- Bu oyun komandamızın tam üstünlüyü şəraitində keçdi. Topa nəzarət baxımından faiz göstəricisi 70-30 idi. Qol imkanlarımız da çox oldu. Ancaq təəssüf ki, şansları boşa verərək, xal itirdik. Nəticə ədalətli olmadı. Oyunun təhlili zamanı çatışmazlıqlar müəyyən olunub. Lakin bu haqda konkret nəsə deməyəcəyəm.
- Rəhbərlik komandanın oyunundan nə dərəcədə razı qaldı?
- Rəhbərlik komandamıza yüksək səviyyədə şərait yaradıb və hər zaman dəstək verir. Qeyd edim ki, heç bir komanda xal itkisindən sığortalanmayıb.
- “Neftçi”nin “Qarabağ”la oyunları həmişə çətin keçib. Ağdam komandasını arzuolunmaz rəqib hesab etmək olarmı?
- Hər zaman olduğu kimi, komandamız bu oyuna da ciddi yanaşır. “Neftçi” - “Qarabağ” oyunu həmişə prinsipial və gərgin keçməsiylə yadda qalıb. Sualınıza gəlincə, hər iki komandanın qələbələri olub. Mən deməzdim ki, “Qarabağ” “Neftçi” üçün arzuolunmaz rəqibdir.
- Son vaxtlar rəqibinizin “uğursuzluq zolağı”nda olması işinizə yaraya bilərmi?
- Qarşıdakı oyun da ağır olacaq. Yaxşı bilirik ki, rəqib komandada problemlər var. Ancaq bu “Qarabağ”ın zəif olduğu təəssüratını yaratmır və Ağdam klubunun hazırkı durumu futbolçularımızı aldatmamalıdır. Bu komanda məğlub olduğu qarşılaşmalarda rəqiblərindən geri qalmadığını göstərib.
- “Qarabağ” məğlubiyyətləri yorğunluqla əlaqələndirir. Siz nə fikirdəsiniz?
- “Neftçi” ilə oyunlarda “Qarabağ”da yorğunluq hiss etmirəm. Çox güman ki, bu qarşılaşma da belə olacaq.
- Şansları necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, güclər bərabərdir.
- Start heyətdə dəyişiklik gözlənilirmi?
- Bu, sirr olaraq qalsın. Start heyət oyun günü məlum olacaq.
- Qarşıdakı turda ən yaxın izləyiciniz “Xəzər Lənkəran”ın paytaxtda “Bakı” ilə oyunda xal itirməsini istərdinizmi?
- “Neftçi” kimlərinsə məğlubiyyəti hesabına öndə olmağı düşünmür. Hansısa komandanın uduzmağını arzulamırıq. Biz öz gücümüz sayəsində uğur qazanmaq istəyindəyik. Hələ ki, heç nə müəyyənləşməyib. Qarşıda uzun marafon var. Hansı komandanın uğur qazanacağını mövsümün sonu göstərəcək. Bizim istəyimiz odur ki, kim layiqdirsə, o da çempion olsun.
- Qış fasiləsində göndəriləcək futbolçular olacaqmı?
- Bu haqda mətbuatda yayılan xəbərlər əsassızdır. Bunu “Neftçi”ni istəməyən qüvvələr edir. Hazırda bu barədə düşünmürük və bütün diqqət oyunlara yönəlib.
Mənbə: supersport.az
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
İspaniya yığmasının düşərgəsini tərk etdi