UEFA-nın Bakıdakı seminarı yekunlaşdı

UEFA-nın Bakıdakı seminarı yekunlaşdı
XƏBƏR 24 Noyabr 2010 / 21:31 1624
-  A +

UEFA-nın Bakıda keçirilən mətbuatla bağlı seminarı bu gün başa çatıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, əməkdar jurnalist Mikayıl Nərimanoğlu affa.az və affavideo.az saytları barədə, həmçinin AFFA-nın təsisçisi olduğu «Futbol dünyası» qəzeti haqda geniş məruzə ilə çıxış edib. Bundan əlavə, qeyd olunan saytların və qəzetin, ümumilikdə, İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentinin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib. Seminar iştirakçıları AFFA-nın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndiriblər.
Məşğələlər başa çatdıqdan sonra qonaqlar AFFA-nın binasına gələrək assosiasiya əməkdaşlarının iş prinsipi, AFFA-nın Futbol muzeyi və Futbol akademiyası ilə tanış olublar.
Qeyd edək ki, seminarda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, və Tacikistan futbol federasiyalarının baş katibləri və mətbuat departamentinin əməkdaşları iştirak edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner