Azərbaycan yanvarda Ukrayna ilə oynayacaq

XƏBƏR 24 Noyabr 2010 / 16:39 1608
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirin təqvimi müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda 1993-cü il təvəllüdlü yeniyetmə futbolçulardan ibarət yığma komandalar arasında təşkil ediləcək yarışda yenə 8 komanda gücünü sınayacaq. İştirakçılar hər birində 4 komanda olmaqla iki qrupda mübarizə aparacaqlar. Artıq üçüncü dəfə bu yarışda iştirak edəcək müvafiq yaş qrupundan ibarət komandamız B qrupunda yer alıb. Qrupların tərkibini və turnirin təqvimini diqqətinizə çatdırırıq:




 
A qrupu: Rusiya, İtaliya, Latviya, Finlandiya

B qrupu: Çin, Belarus, Azərbaycan, Ukrayna
 
3 yanvar

13:00. Azərbaycan – Ukrayna
15.00. İtaliya – Latviya
17.00. Çin – Belarus
19.30. Rusiya – Finlandiya
 
5 yanvar

13.00. Ukrayna – Çin
15.00. Finlandiya – İtaliya
17.00. Belarus – Azərbaycan
19.00. Latviya – Rusiya

7 yanvar

13.00. Çin – Azərbaycan
15.00. Finlandiya – Latviya
17.00. Ukrayna – Belarus
19.00. Rusiya – İtaliya
 
9 yanvar

11.30.  7-ci yer uğrunda oyun
13.30.  5-ci yer uğrunda oyun
15.30.  3-cü yer uğrunda
18.00. Final

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner