İtaliyanın “Milan” futbol klubunun əfsanəsi Paolo Maldini ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top”a İspaniyanın “Barselona” komandasının hücumçusu Lionel Messini layiq görüb. İtaliya millisinin sabiq müdafiəçisi “Football Italia”ya açıqlamasında ən yaxşı müdafiəçi qismində Messinin “Barsa”dakı komanda yoldaşı Jerar Pikenin adını çəkib.
Maldini deyib: “Messinin oyununa baxanda onun hər il “Qızıl top” almalı olduğunu düşünürəm. Lionel inanılmaz futbolçudur. Pike də mənim xoşuma gəlir. Onun böyük potensialı var. Jerar həm öz qapısını müdafiə etməyi, həm də rəqib qapısına zərbə endirməyi bacarır. O, müdafiənin mərkəzində Karles Puyolla birgə əla təsir bağışlayır. Alessandro Nesta da dünyanın ən yaxşı müdafiəçilərindən biri olaraq qalır. Tyaqu Silva isə nəinki “Milan”ın, hətta Avropa futbolunun liderlərindən biri olmaq şansına malikdir”.
Qeyd edək ki, Paolo Maldini bir müddət öncə “Milan” azarkeşlərini məyus edən açıqlama verib. O, “rossonyerlər”in Çempionlar Liqasını qazana bilməyəcəyini bildirib. Dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”un yeni sahibi 2011-ci il yanvarın 11-də açıqlanacaq.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi
Almaniya və Portuqaliyadan qələbə, Norveç uduzdu
Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?