Azərbaycanla matç Ballak üçün yubiley oyunu ola bilər

XƏBƏR 22 Noyabr 2010 / 20:15 1851
-  A +

«Avro-2012»nin seçmə mərhələsində Azərbaycanın rəqibi olan Almaniya millisinin baş məşqçisi Yoahim Löv inandığını bildirib ki, Mixael Ballak yığmaya qayıdaraq hələ ən azı iki oyunda iştirak edəcək.
Qol.Az-ın məlumatına görə, Ballak millinin heyətində 98 matçda meydana çıxıb. Amma may ayında ayağından aldığı zədəyə görə Ballak hələ də tam bərpa olmayıb.
"İnanıram ki, Ballak millidə yubiley oyunu keçirə biləcək» - deyə Löv «Bild» qəzetinə müsahibəsində söyləyib: «Mixael uzun illərdir Almaniya futbolunu təmsil edir. O, karyerasını bu cür sonluqla bitirməməlidir».
Qeyd edək ki, Ballakın milliyə nə vaxt dönəcəyi hələ sual altındadır. Amma onun milliyə qayıtdıqdan sonra yubiley oyununu məhz milli komandamıza qarşı keçirəcəyi istisna edilmir.

Son xəbərlər