Qızları "Bakı"nın sabiq baş məşqçisini təəccübləndirdi

Qızları "Bakı"nın sabiq baş məşqçisini təəccübləndirdi
XƏBƏR 22 Noyabr 2010 / 18:31 2049
-  A +

"Bakı" klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz İstanbul hava limanında maraqlı hadisə ilə üzləşib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qorxmazı qızları təəccübləndirib. Qorxmaz Qurban bayramına görə xarici ölkəyə səfər edib oradan geri qayıdan qızlarının çamadanlarını görəndə şoka düşüb. Çamadanlar o qədər çox olub ki, Bülənt Qorxmaz onları yük üçün nəzərdə tutulmuş xüsusi arabalara yerləşdirmək məqsədilə düz 20 dəqiqə vaxt sərf edib. Daha sonra isə aeroportun xidmət işçisinin köməyi ilə problem aradan qaldırılıb.

Son xəbərlər