"Bakı"nın və Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov "Toplu Bakı" jurnalına müsahibə verib. Müsahibəni təqdim edirik.
Azərbaycan milli komandasının və “Bakı”nın hücumçusu Vaqif Cavadov “Toplu Bakı”nın “kumir” rubrikasının qonağı seçilib. "Bakı" futbol klubunun rəsmi jurnalına müsahibə verən gutbolçu uşaqlığından, futbolçu karyerasından və gələcək arzularından danışıb:
- Vaqif müəllimin rəhbərlik etdiyi “Real” komandası ilə 11 yaşımda yeniyetmələrin Bakı birinciliyində üçüncü yer tutduq. Mən özümdən bir yaş böyüklərlə oynayırdım. Həmyaşıdlarımdan seçildiyim üçün məşqçilərin məsləhəti ilə atam qərara gəldi ki məni Moskvaya aparsın. Bakıda ev- eşiyimizi satıb köçdük Moskvaya. Yeddi il Rusiyada yaşadıq.
- ÇSKA –nın uşaq futbol məktəbinə keçidin necə alındı?
- Əvvəlcə “Dinamo”nun yeniyetmələr üçün məktəbində başladım. 3 ay orada məşq etdikdən sonra digər Moskva klubu “Torpedo”da oynadım. Bir il bu klubda olandan sonra ÇSKA məşqçiləri məni bəyənərək bu kluba gətirdi. 6 ilə yaxın bu klubun şərəfini qorumuşam. İlk dörd ili həmyaşıdlarım arasında keçirilən çempionatlarda oynadım. 2 il isə əvəzedici komandanın heyətində Rusiya birinciliklərində top qovdum.
- O vaxt səninlə birgə oynayan futbolçulardan indi Rusiya Premyer Liqasında oynayanlar var?
- Əlbəttə. Rusiyada çoxlu dostlarım var. “Amkar”da oynayan müdafiəçi Vadim Qaqloev, “Krılya Sovetov”un hücumçusu Aleksandr Salugin, “Terek”in qapıçısı Soslan Canayevlə indi də dost münasibətlərimiz qalır.
- Azərbaycana dönüşün necə alındı?
- 16 yaşımda Şahin Diniyevin rəhbərliyi ilə Azərbaycan milli komandasından dəvət aldım. Millidə ən gənc futbolçu kimi tarixə düşdüm. Burada “Qarabağ” komandasından sərfəli təklif gəldi. Qayıtdım vətənimə.
- “Qarabağ” klubu ilə Azərbaycan kubokunu qazandın, Avropa liqasında iki mərhələ keçdin...
- “Qarabağ” premyer liqada bizim əsas rəqiblərimizdən olsa da, meydandan kənar mənim sevimli komandam olaraq qalır. Bu klubra çoxlu nailiyyətim olub. Ötən mövsüm Hollandiyanın “Tvente” klubuna keçməyimdə də bu klubun rolu oldu.
- Karyeranda növbəti ad - “Bakı”dır...
- “Bakı” Azərbaycan futbolunda xüsusi çəkisi olan klubdur. Bu kluba keçidimdə onun hər zaman iddialı olması rol oynayıb. Yaxın illərdə “Bakı” tam peşəkar bir kluba çevriləcək. Uşaq və yeniyetmə futbol komandaları, mehmanxana, meydança və ləvazimatlar, brend idman geyimləri və s. bu gün Azərbaycan futbolçusu üçün də əlçatan olub. Bu işləri görən insanlara futbolçular adından təçşəkkürümü bildirirəm. Görülən işlər Azərbaycan futbolunun gələcəyi üçündür.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi