Maksim Medvedyev: «Elə bil «Qarabağ»ı tilsimləyiblər»

Maksim Medvedyev: «Elə bil «Qarabağ»ı tilsimləyiblər»
XƏBƏR 22 Noyabr 2010 / 13:37 1687
-  A +

«Qarabağ»ın və millinin müdafiəçisi Maksim Medvedyev bu həftə Unibank Premyer Liqasında «Neftçi»yə qarşı oyunda iştirak etmək istəyir. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında futbolçu ay yarımdır ki, yaşıl meydanlardan uzaq düşdüyünü söyləyib: «Futboldan belə uzaq qalmağım heç yadıma gəlmir. Elə bil komandamızı tilsimləyiblər. Oyunçularımız zədələnir, vurduğumuz toplar qapıya girmir. Əvəzində qapımıza ilk təhlükə qolla nəticələnir. Bizim komanda çətin günlərdə toparlanmağı bacarıb. İnanıram ki, hazırda layiq olmadığımız yerdə qərarlaşsaq da, tezliklə özümüzü düzəldəcəyik. Zədələlilərimiz də sağalır. Artıq fərdi məşqlərə başlamışam. «Neftçi»ylə oyuna qədər çalışacam ki, formamı bərpa edim. Təbii ki, oynayıb-oynamamağım baş məşqçimizdən asılıdır. Amma derbidə oynamaq üçün canla-başla hazıram» - deyə Maksim bildirib.`

Son xəbərlər