Haciyevski: "Son dəqiqələrdə bir neçə dəfə fərqlənə bilərdik"

Haciyevski: "Son dəqiqələrdə bir neçə dəfə fərqlənə bilərdik"
XƏBƏR 20 Noyabr 2010 / 19:08 1579
-  A +

"Hər iki komanda bu gün qələbə üçün oynadı, əzmkar mübarizə apardı. "Gəncə" futbolçuları bizim futbolçulardan təcrübə baxımından daha üstün idi". Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Qyoko Haciyevski söyləyib. Haciyevski daha sonra bunları bildirib: "Qazandığımız nəticəni normal sayıram. Son dəqiqələrdə bir neçə dəfə fərqlənə bilərdik. Kapitan Rasim Ramaldanovun zədələnməsi mənə çox pis təsir etdi. "Gəncə" komandasını bu nəticə münasibəti ilə təbrik edirəm. Azarkeşlərimizə dəstəyə görə minnətdaram".

Son xəbərlər