Ramil Əliyev: "Məğlub olsaq da, həvəsdən düşmürük"

Ramil Əliyev: "Məğlub olsaq da, həvəsdən düşmürük"
XƏBƏR 20 Noyabr 2010 / 18:55 1507
-  A +

"İlk öncə "Bakı" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Qapımızdan qol buraxana qədər komandamız yaxşı mübarizə apardı. Lakin qol buraxdıqdan sonra komanda ruhdan düşdü, oyun intizamı pozuldu". Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün "Bakı"ya böyük hesabla məğlub olan MOİK-in baş məşqçisi Ramil Əliyev söyləyib. O, bu məğlubiyyətə baxmayaraq, həvəsdən düşmədiklərini də dilə gətirib: "Baxmayaraq ki, bu gün məğlub olduq, həvəsdən düşmürük, Premyer Liqada qalmaq üçün sonadək vuruşacağıq".

Son xəbərlər