Şefer: "MOİK-də hücumçu problemi var"

Şefer: "MOİK-də hücumçu problemi var"
XƏBƏR 20 Noyabr 2010 / 18:51 1450
-  A +

"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Oyun asan keçmədi, ilk hissədə hesabı aça bilmədik. Lakin ikinci hissədə hesabı açdıqdan sonra daha rahat oynadıq, 4 qol vurduq". Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün MOİK üzərində inamlı qələbə qazanan "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer söyləyib. Təcrübəli mütəxəssis daha sonra bunları bildirib: "Rəqibin son iki oyununu izləmişdik. Fikrimcə, MOİK-də hücumçu problemi var. Bu gün pis oynamadılar. Böyükhesablı qələbə məni razı saldı, lakin Əziz Quliyevin lazımsız yerə qırmızı vərəqə alması məni üzür. Növbəti turda "Xəzər Lənkəran"la çətin oyunumuz var, Əzizin yoxluğunu hiss etdirməməyə çalışacağıq. Meydançanın vəziyyəti də ürəkaçan deyildi. MOİK komandasına gələcək oyunlarda uğurlar arzu edirəm".

Son xəbərlər