Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov “Eskişehirspor” klubunun noyabrın 21-də “Trabzonspor”la keçirəcəyi Türkiyə Superliqasının XIII tur matçına aparılmayıb.Bu haqda 28 yaşlı müdafiəçinin özünü məlumat verib. Onun sözlərinə görə, noyabrın 6-da “Fənərbağça” ilə qarşılaşmada dizindən aldığı zədə tam sağalmayıb: “Bu həftə qaçmağa başlamışdım. Lakin yenidən ağrılarım baş qaldırdı. Ona görə də müalicəmi davam etdirməyimə qərar verildi”.
Hazırda Eskişehirdə müalicəsini davam etdirən Sadıqov nə vaxt yaşıl meydanlara dönəcəyini bilmir. O, yalnız ağrıları keçdikdən sonra məşqlərə başlayacağını açıqlayıb.
Qeyd edək ki, “Avnı Aker” stadionunda keçiriləcək “Trabzonspor” – “Eskişehirspor” matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 12 turdan sonra “Trabzonspor” 29 xalla 1-ci, “Eskişehirspor” isə 11 xalla 14-cü yerdə qərarlaşıb (lent.az).
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi