Norveçdə «Rusenborq»un «Qarabağ»a məğlubiyyətini unutmurlar

Norveçdə «Rusenborq»un «Qarabağ»a məğlubiyyətini unutmurlar
XƏBƏR 20 Noyabr 2010 / 15:11 2101
-  A +

2009-cu ildə «Qarabağ»ın «Rusenborq»u sensasiyalı şəkildə Avropa Liqasından uzaqlaşdırmasını Norveçdə də hələ də üzüntüylə xatırlayırlar. Qol.Az-ın məlumatına görə, just-footbal.com saytında dərc edilmiş yazıda Norveç futbolunda inqilaba ehtiyac olduğu bildirilib. Qeyd olunub ki, milli komandayla yanaşı ötən il Avropada tanınan «Rusenborq» da biabırçı şəkildə çıxış edib. «Bir vaxtlar Avropada səs salan «Rusenborq» 2009-cu ildə Azərbaycanın «Qarabağ» klubu tərəfindən Avroliqadan kənarlaşdırıldı» - deyə yazıda bildirilib.
Xatırladaq ki, «Qarabağ»la «Rusenborq» arasında Norveçdə keçirilən qarşılaşmada hesab açılmamış, Bakıdakı cavab oyununda isə Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanmışdı.


Son xəbərlər