Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts noyabrın 20-də Almaniya Demokratik Respublikasının (ADR) yığması ilə keçiriləcək qarşılaşmada Almaniya Federativ Respublikasının (AFR) yığmasının sükanı arxasında olacaq. İki ölkənin birləşməsinin 20-ci ildönümü şərəfinə təşkil olunan və “Əfsanələr matçı” adlanan oyunda bir çox almaniyalı veteran futbolçu çıxış edəcək.
AFR-in heyətində Yurgen Klinsmann, Andreas Köpke, Lotar Matteus, Andreas Breme, Tomas Bertold, Ştefan Röyter, Tomas Helmer, Kristian Vörns, Mixael Şults, Qvido Buhvald, Hansi Müller, Uli Borovka, Karlhaynts Ridle kimi məşhur oyunçular yer alacaqlar. Baş məşqçi isə Berti Foqts olacaq.
ADR-in tərkibində isə Tomas Doll, Ulf Kirsten, Andreas Tom, Detlef Şösler, Darius Voş, Olaf Marşall, Matias Döşner, Frank Liberam, Perri Brautiqam və digərləri çıxış edəcəklər. Komandaya Eduard Geyer başçılıq edəcək.
Bakı vaxtı ilə saat 23:15-də başlanacaq görüş Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da baş tutacaq.
Qeyd edək ki, Berti Foqts 1990-cı ildə Almaniya millisi dünya çempionu olarkən, baş məşqçi Frants Bekkenbauerin köməkçisi olub. Mundialdan sonra yığmanın baş məşqçisi təyin olunan Foqts bu vəzifədə 8 il çalışıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi