Bakının “Neftçi” klubu Türkiyənin Antalya şəhərində baxışa çağırdığı rumın yarımmüdafiəçi Marian Aliutanın transferini rəsmiləşdirib. Buxarestin “Styaua” klubunun yetirməsi olan 31 yaşlı orta sahə oyunçusu ilə il yarımlıq müqavilə imzalanıb.
Daha çox “Styaua” və Donetskin “Şaxtyor” klubunda çıxışı ilə tanınan Aliuta Ukraynada üç il oynayıb. 2000-2002-ci illərdə “Şaxtyor”da (47 oyun, 1 qol) forma geyinən Marian sonrakı qayıdışı zamanı Donetskin digər təmsilçisi - “Metallurq”un (2005/06, 23 oyun, 2 qol) şərəfini qoruyub. Ölkə kənarında Moldovada “Şerif” (1999/00), Cənubi Koreyada “Çunnam Draqons” (2005/06), Yunanıstanda “İraklis”də (2006/07) oynayan rumın Çinin “Çanqçun Yatay” komandasında da oynayıb. Aliuta bu komandada 2006-cı ildə oynayıb və 13 oyunda 1 qol vurub.
Ötən il vətənində “Vaslui”da çıxış edən Marian həmin vaxt ölkəmizə gəlib. İntertoto kubokunda komandamızla hər iki görüşdə əsas heyətdə yer alan Aliuta Bakıdakı görüşdə 65, səfərdəki matçda 73 dəqiqə meydanda olub və sarı vərəqə alıb. İki oyunun nəticəsinə görə “Neftçi”ni keçərək UEFA kubokuna vəsiqə qazanan futbolçunun ən böyük uğuru da həmin vaxta təsadüf edir. Yəni Aliuta karyerasında ən böyük uğuru İntertoto kubokunun qalibi olmasıdır. “Vaslui”də bir ildə çempionatda 11 oyun keçirən Marian milli komandasının heyətində 5 dəfə meydana çıxıb.
Qeyd edək ki, “Neftçi”nin qış fasiləsində bunadək “Styaua”nın hücumçusu Adrian Nyaqanı alıb. Onlar flaqmanın tarixində ilk rumın futbolçular olacaq.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu