"AZAL-a qol vursam, çox sevinərəm"

"AZAL-a qol vursam, çox sevinərəm"
XƏBƏR 19 Noyabr 2010 / 16:35 2132
-  A +

Unibank Premyer Liqasının 14-cü turunda AZAL-la qarşılaşacaq “Qarabağ” komandasının müdafiəçisi Zaur Həşimov qarşılaşma ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, matç üçün hazırlıqların davam etdiyini bildirən Zaur söhbət zamanı AZAL-a qol vurmaq istədiyini də dilə gətirib: “AZAL-la oyuna adi oyunlar kimi hazırlışarıq. Amma qələbə bizim üçün daha vacibdir. AZAL bu mövsüm olduqca uğurlu  çıxış edir. 2007-08 mövsümündə vurduğum qola gəlincə isə, onu deyə bilərəm ki, qol çox baxımlı alınmışdı. Həm də o vaxtdan AZAL-a uduzmamağımız  bizə heç də əlavə üstünlük vermir. Özü də o qoldan sonra çempionatda fərqlənə bilmirəm. Düzdür, o vaxtlar yarımmüdafiədə çıxış edirdim, qola daha yaxın olurdum. İndi sadəcə künc zərbəsi zamanı qol vurmaq imkanım olur. Amma komandanın qələbəsi üçün heç də mənim qol vurmağım vacib deyil. İnşallah, sabah qələbə qazanarıq. Təbii ki, qol vurmaq imkanım olsa, buna çox sevinərəm”.

Son xəbərlər