«Xəzər Lənkəran» klubunun baş məşqçisi Mirça Rednik komandasının praqmatik futbola üstünlük verərək yalnız nəticəyə oynaması haqda fikirlərə münasibət bildirib. «Məni tanıyanlar bilir ki, daha çox hücum futboluna üstünlük verməklə məzmunlu oyunun tərəfdarıyam. Lakin hazırda qarşıma nəticə qazanmaq tələbi qoyulduğundan bu yola əl atmağa məcburam» - deyə Rednik «Futbol+» qəzetinə müsahibəsində bildirib. «Bir də ixtiyarımda olan oyunçulara uyğun hərəkət etməliyəm. Tutalım «Xəzər Lənkəkan» praqmatik futbol oynayır. Bəs digər klublara nə gəlib? «İnter»in baş məşqçisi bizə qarşı matçda üçü mərkəz olmaqla, ümumilikdə beş müdafiəçiyə güvənmişdi. Yaxud «Neftçi»yə nəzər salaq. Həmişə iki hücumçuyla çıxış etdikləri halda bizə qarşı oyunda yalnız bir hücumçuya bel bağlamışdılar. Lakin mən rəqibin kimliyindən asılı olmayaraq, hər oyunda iki hücumçuyla oynamağı üstün tuturam. Üstəlik, hər görüşdə rəqib qapısı qarşısında yetərincə qol vəziyyəti yaradırıq. Belə praqmatik futbol olar? Bunu deməklə digər komandaları aşağılamaq istəmirəm. Deməyim odur ki, hər məşqçi mövcud vəziyyətə uyğun addım atır. Hazırda mənim üçün baxımlı futbol önəmli deyil. Əsas məqsədim qış fasiləsinə kimi maksimum xal toplamaqdır. Yadıma düşmüşkən bir məqamı da xatırladım. Keçirdiyimiz 13 görüşün heç birində penalti vurmaq imkanı qazanmamışıq. Lakin digər klublara nəzər salın. Bu haqda çox danışa bilərəm. Əsas odur ki, lənkəranlı azarkeşlər mənim işimə yaxşı qiymət verirlər. Digər tərədarlar, mütəxəssislər yaxşı olardı ki, öz komandalarının çıxışını təhlil etsinlər» - deyə Rednik bildirib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?
“Özümüz də başa düşmürük ki, niyə qol vura bilmirik” - Video
Danimarka - Portuqaliya matçındakı gözəl qollar - Video
Mahir Emreli üzr istədi