Şahin Diniyevin komandasında qalmaqal

XƏBƏR 18 Noyabr 2010 / 19:18 2071
-  A +

Həmyerlimiz Şahin Diniyevin çalışdırdığı Rusiyanın “Terek” klubunda qalmaqal baş verib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qroznı təmsilçisinin azarkeşləri Çeçenistan Respublikasının və eyni zamanda “Terek”in prezidenti olan Ramzan Kadırovdan klub rəhbərliyində dəyişiklik edilməsini tələb ediblər. Buna səbəb kimi son zamanlar klubun adının oyun alqı-satqısında hallanması göstərilir.  Belə ki, Premyer Liqanın son turunda səfərdə “Anji”ilə oyunda futbolçuların meydanda açıq-aşkar mübarizə aparmaması “Terek” klubunun azarkeşlərini bərk qəzəbləndirib. Nəticədə rəqibinə 1:3 hesabı ilə məğlub olan “Terek” azarkeşlərini növbəti dəfə məyus edib. Klubun azarkeşləri isə bu problemin tez bir zamanda həll olunmasını tələb edir.

Son xəbərlər