”Xəzər Lənkəran”da yeni rekord

XƏBƏR 18 Noyabr 2010 / 16:20 2069
-  A +

Alim Qurbanov artıq “Xəzər Lənkəran”ın əfsanəsidir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının XIII turunun “Simurq”la oyununda “Xəzər Lənkəran” rekordunu təkrarlayıb. O, 155-ci dəfə komandanın formasında meydana çıxaraq Rəşad Abdullayevə çatıb. Komanda yaranan gündən “Xəzər Lənkəran”ın sıralarında olan və yalnız 2009-cu ilin ilk yarısını icarə əsasında “Karvan”da top qovan Qurbanov “Simurq”la qarşılaşmadakı əlamətdar hadisəni matçın qəhrəmanı olmaqla qeyd edib. Məhz onun qolu matçda yeganə olub. Artıq növbəti turda Alim yeni tarix yazıb klubumuzun mütləq rekordçusu ola bilər.

Son xəbərlər