«Simurq»un prezidenti Zaur Məmmədovun Qol.Az saytına müsahibəsi
- Zaur bəy, komandanızın hazırkı durumu sizi nə dərəcədə qane edir?
- Əlbəttə, hər şey mənim ürəyimcədir. Komandada olan bütün futbolçuların oyunundan, məşqçilər heyətindən, həmçinin klubun hər bir işçisinin fəaliyyətindən tam məmnunam.
- «Simurq»a hansısa futbolçuların transfer edilməsi və ya müəyyən yeniliklər gözlənilirmi?
- Güman edirəm ki, yaxın zamanlarda klubda nəzərəçarpacaq hansısa yeniliklər olmayacaq. Çünki planlaşdırdığımız bütün transferləri həyata keçirmişik. Komandamızdan gedəcək futbolçu da yoxdur. Qaldı ki, hazırlığa, bunu nəzərdə tutduğumuz kimi Premyer Liqanın ikinci dövrəsinin ilk turuna kimi Gürcüstanda təlim-məşqdə olacağıq. «Turan»la oyuna birbaşa Gürcüstandan gələcəyik. Matçdan sonra isə növbəti oyuna hazırlaşmaq üçün Zaqatalaya yollanacağıq.
- Komandanızda hansısa çatışmazlıqlar varmı?
- Yox, hər şey qaydasındadır. İşlərimiz nəzərdə tutulduğu plan üzrə gedir.
- «Simurq»un məqsədi mükafatçılar sırasına daxil olmaqdır. Əgər bu məqsədə çata bilməsəniz hansı addımı atacaqsınız?
- Təbii indidən hansısa bir fikir yürütmək olmaz. Hazırda komandanın mükafatçılar sırasına düşməsi üçün hər şey edilib. Stadionumuz, bazamız, yüksək hazırlığa malik futbolçularımız, əla məşq keçən çalışdırıcılarımız, bir sözlə hər bir şəraitimiz var. Yalnız səbirli olub, Premyer Liqanın sonunu gözləmək lazımdır. Əgər istəyimizə çatmasaq, komanda da islahatlar aparılacaq. Günahkarlar isə cəzalandırılacaq.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu