Dünən yoldaşlıq oyunları çərçivəsində millimizlə AÇ-2012-nin təsnifat mərhələsində bir qrupda yer alan komandalar da qüvvələrini sınayıblar. Qol.Az-ın məlumatına görə, millimizin çıxış etdiyi “A” qrupunun lideri Almaniya səfərdə İsveçlə qarşılaşıb. Tərəflər bir-birinin müqavimətini qıra bilməyiblər və meydandan sülhlə ayrılıblar. Son matçda Azərbaycana məğlub olan Türkiyə yığma komandası isə səfərdə Hollandiya ilə qarşılaşıb. Görüşün taleyini bir qolla həll edən hollandlar qələbə qazanıblar. Türkiyə yığma komandası isə ardıcıl üçüncü qarşılaşmasından məğlub ayrılıb. Avstriya isə doğma azarkeşləri qarşısında Yunanıstana müqavimət göstərə bilməyib. Belçika səfərdə Rusiya ilə qarşılaşıb və rəqibinə heç bir şans verməyib.
İsveç – Almaniya – 0:0
Hollandiya – Türkiyə – 1:0
Qol: Huntelaar, 52
Rusiya – Belçika – 0:2
Qollar: Lukaku, 2. 73.
Avstriya – Yunanıstan – 1:2
Qollar: Fuş, 67 – Samaras, 49. Fotakis, 81
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?