Türkiyənin “Beşiktaş” komandasının zədədən əziyyət çəkən braziliyalı futbolçusu Bobonun vəziyyətinin ciddi olduğu açıqlanıb. Qol.Az-ın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, klubun idarə heyətinin üzvü Sərdar Adalı məsələ ilə bağlı bildirib: “Bobo klub həkimi Devrim Uyğun tərəfindən bir müddətdir ki, müalicə alır. O, mövsümün əvvəlindən elə bu müalicələr sayəsində oynaya bilirdi. Hazırda müalicə davam etdirilir. Bel nahiyəsində nizamsız olaraq inkişaf edən əzələ həm sümüklərə, həm də sinirlərə ciddi şəkildə ağrılar verir. Bobonun ən qısa zamanda meydana qayıtması üçün bütün imkanlardan istifadə edirik. Belindəki bu problem aradan qaldırılmasa, onun futbol karyerası ciddi şəkildə təhlükəylə üzləşəcək”.
Klubun həkimləri də məsələ ilə bağlı açıqlama veriblər və zədənin ciddi olduğunu təsdiqləyiblər: “Bel nahiyəsindəki zədələr çox önəmlidir. Bu zədə nəinki idmanla məşğul olmağa imkan vermir, insana yeriməkdə belə böyük çətinlik yarada bilər. Bobonun vəziyyəti qarşıdakı günlərdə müəyyən olacaq”.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”
Ronaldo getdikdən sonra komandada birlik yarandı?