Azərbaycan İspaniya ilə bir qrupa düşdü

XƏBƏR 16 Noyabr 2010 / 13:25 1973
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, püşkün nəticəsinə əsasən IX qrupda yer alan Azərbaycan yığması İspaniya, Bosniya və Herseqovina və Ukrayna komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2011-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək.
İlkin seçmə mərhələdə qrupda birinci yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticə ilə 2-ci pillədə qərarlaşmış 4 yığma da ikinci seçmə mərhələyə vəsiqə qazanacaq. Almaniya və Hollandiya yığmalarının birbaşa qatılacağı ikinci seçmə mərhələnin oyunları 2012-ci ilin yazında keçiriləcək. Bu mərhələdə qrup qalibi olan komandalar Nyon şəhərindəki «Kolovre» stadionunda keçiriləcək final mərhələsində mübarizə aparacaq.
Xatırladaq ki, FİFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi Azərbaycanda təşkil olunacaq.

Son xəbərlər