«Karvan» klubunun kapitanı Kamal Quliyevin Qol.Az saytına müsahibəsi
- Sabah komandanı «İnter»lə çətin matç gözləyir, sən isə «sarı vərəqə» limitin dolduğuna görə oyunda iştirak edə bilməyəcəksən. Düşünmürsən ki, komandanı çətin əziyyətdə qoymusan?
- Mən komandanı pis vəziyyətdə qoymamışam. Aldığım axırıncı «sarı vərəqə» epizodunda heç də qayda pozuntusuna yol verməmişdim. Amma hakim Fariz Yusifov mənə vərəqə göstərdi. Mən «sarı vərəqə» almamalıydım. O ki qaldı «Karvan»ın qələbə qazanmasına, öz komandama futbolçulara inanıram. Biz «Xəzər-Lənkəran», «Neftçi», «Bakı» kimi klublara qalib gəlmişiksə, niyə «İnter»i məğlub etməyək? Sadəcə olaraq, məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək, düzgün oyun qurmaq lazımdı. Zədəli futbolçularımız da yavaş-yavaş sağalırlar. Onların da köməkliyindən yararlana biləcəyik.
- Saytımıza müsahibəsində Xodukin komandaların şanslarını 50/50-yə dəyərləndirib…
- Mən elə düşünmürəm. Fikrimcə, Xodukin yanılır. Biz doğma azarkeşlər önündə oynayırıq. Bu isə böyük üstünlükdü. Şanslar 60/40-dı. Azarkeşlərimizə sizin vasitənizlə təşəkkürümü bildirirəm.
- Mövsümün əvvəlində «İnter» səni transfer etmək istəyirdi. Hətta klubla ilkin razılığada gəlmişdin. Amma legioner limitinin ləğv olunmasından sonra sən komandaya lazım olmadın. Düşünmürsən ki, sabahkı oyunda iştirak etməyin qisas almağına yardımçı olardı?
- Düzdü, «İnter»lə anlaşmama son anda pozuldu. Amma məndə o xarakter yoxdu ki, heyfslənim. Öz oyunumla yaxşı formada olduğumu sübut edə bilərdim. Təəssüf ki, bunu sabah edə bilməyəcəm. Amma ikinci dövrədə biz yenə qarşılaşacağıq. Onda mən öz bacarığımı «İnter»in meydançasında göstərərəm.
- «Standard»da çıxış edərkən komandanın bəzi legionerlərindən narazı idin. Bəs «Karvan»da necə?
- Düzdü, «Standard»da bəzi legionerləri bəyənmirdim. Amma aralarında yaxşıları da vardı. Məsələn, Qutiyeres, Matrines çox yaxşı futbolçulardı. «Karvan»da legionerlər azlıq təşkil edirlər. Əsasən yerli futbolçulardı. 3-4 legioner var, onlardan da razıyam. Normal səviyyədə futbolçulardı. Əsas odur ki özlərini qoruyurlar formalarını yaxşı saxlayırlar və komandanın uğuğrları üçün çalışırlar. Sabahkı rəqibimiz «İnter»də isə legionerlərin sayı çoxdu. Ehtiyat oyunçular skamyasına baxanda da onların seçimlərinin bol olduğunu görürük. Amma bu o demək deyil ki, onlar daha güclüdürlər. Bizim komandada daim gənclərə üstünlük verilib. Hətta istərdim ki, yığmanın məşqçiləri və ya köməkçiləri sabahkı matçı izləsinlər və bizim gənclərin səviyyələrini görsünlər. Mən inanıram ki Azərbaycan futbolunun gələcəyi onlardı.
- Bir müddət əvvəl səhhətində problem var idi. İndi necəsən?
- Hələ ki, ürəyim döyünür. Bütün idmançılara can sağlığı arzulayıram.
- «Karvan»la müqavilən nə zaman bitir?
- Mövsümün sonuna kimi sözləşməm var.
- Artıq neçə ildi ki, futbol oynayıran. Karyeranı bitirməyi düşünmürsən?
- Fikrim var. Amma üzü sulu bitirmək istəyirəm. Deməsinlər ki, qocalıb. Söyülmək istəmirəm. Amma belə baxıram ki, gətirilən bəzi legionerlərdən qat-qat yaxşı formadayam. Sadəcə olaraq, yaş amilinə görə narahatam. Bizimkiləri bilmirsiz, deyəcəklər ki, yaşı otuzdan çoxdu, hələ də futbol oynayır.
- Vida matçı necə, keçirəcəksən?
- İstəyirəm. Bilirsiniz ki, Ukraynada «Volın»da legioner həyatı yaşamışam. Oradakı komanda yoldaşlarımı da dəvət edəcəm. Elə danışdım elə bil sabah vida matçı keçirirəm (gülür). Amma bir məsələ var. Məsələn, Yunis Hüseynov karyerasını bitirəndən sonra vida matçı keçirməyib. Mən keçirsəm, deyəcəklər ki, buna bax, Yunisin oynadığı qədər futbol oynamayıb, amma vida matçı keçirir.
Kəmalə İSMAYILOVA
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək