Həmyerlimiz Rəşad Sadıqovun forma geydiyi “Eskişəhərspor” komandası Türkiyə Superliqasında növbəti matçına çıxıb. Qol.Az-ın məlumatına görə, doğma meydanda “Antalyaspor”u qəbul edən “Eskişəhərspor”un baş məşqçisi Bülənt Uyğun cəzalı olduğu üçün oyunu tribunadan izləməli olub. Rəşad Sadıqov isə zədə ucbatından bu matçda forma geyə bilməyib. Xatırladaq ki, Rəşad ötən həftə İstanbulda “Fənərbaxça” ilə qarşılaşmada zədələnmişdi. Azarkeşləri qarşısında oynayan “Eskişəhərspor” çox çalışsa da, rəqibinin müqavimətini qıra bilməyib və meydanı 1 xalla tərk edib. Bu nəticədən sonra hesabındakı xalları 11-ə çatdıran və 14-cü pillədə qərarlaşan “Eskişəhərspor” üç həftədir ki, qələbə qazana bilmir. Qeyd edək ki, verilən məlumatlara görə, Rəşad ən azı daha iki həftə komandasına kömək edə bilməyəcək. “Eskişəhərspor” növbəti turda səfərdə Superliqanın lideri “Trabzonspor”la qarşılaşacaq.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”