Unibank Premyer Liqasında cavan futbolçularla yanaşı yaşlılarda mübarizə aparır. “Qafqazinfonun məlumatına görə çempionatın ağsaqqalları da elə məhz yerlilərdi. Cari mövsümün ən qoca futbolçusu Aslan Kərimovdur. Yanvarın 1-də 38 yaşını tamam edəcək yarımmüdafiəçini bu siyahıda Mahmud Qurbanov izləyir. Qurbanov Kərimovdan 5 ay kiçikdir. “İnter”in çexiyalı yarımmüdafiəçisi Bronislav Çervenka isə həmkarlarından 2 yaş kiçikdir.
Premyer Liqanın gənc futbolçularına gəlincə isə bu siyahıya “Simurq”un yarımmüdafiəçisi Elvin Yunusov başçılıq edir. 16 yaşlı futbolçu həm də son 10 ildə çempionatda çıxış edən ən gənc futbolçudur. Onun digər həmkarları Orxan Sadıqlı, Hacı Əhmədov və Nuran Qurbanovu da futbolumuzun gələcəyi hesab etmək olar.
İşin əsas tərəfinə gəlincə. Premyer Liqada çıxış edən komandaların yaş hədləri ortaya çıxdıqda maraqlı faktlarla üzləşmək olar. Heç kimin ummadığı halda cari mövsümün ən gənc komandası “Simurq”du. Zaqatalalılarda heyət dəyişikliyi onları 2,8 yaş kiçildib. İndi Qyoko Hacievskinin komandasının orta yaş həddi 22,8-dir. Bu siyahıda onları MOİK izləyir. “Hərbiçilər” ən az legionerdən istifadə etdiyi kimi, elə gənc heyət də qurmağa nail olublar. Daim gəncləri ilə öyünən “Turan” ordu klubundan yaş həddinə görə 0,4 yaş geridə qalır. Bu klubların yaş həddinin kiçik olması onların həm də turnir cədvəlində son pillələrdə yer almasına səbəb olub.
Hazırda turnir cədvəlinin lideri “Neftçi” yaş həddinə görə bir çox rəqibini qabaqlayır. Arif Əsədovun komandası ən əsası əzəli rəqibləri " “Gəncə” və “Xəzər Lənkəran”dan müvafiq olaraq 3 və 4 yaş kiçikdir. “Gəncə”dən söz düşmüşkən, Fuad İsmayılovun komandası Premyer Liqanın ən qoca komandasıdır. Gəncəlilərin heyətində futbolçuların əksəriyyətinin yaşının 28-dən yuxarı olması onların həm də çempionluq şanslarını azaldır. Belə ki, sonuncu dəfə 1998/99 mövsümündə Mehman Allahverdiyevin rəhbərliyi altında çempion olarkən, komandanın yaş həddi 25,8 olmuşdu. Belə çıxır ki, hələ “Gəncə” çempion olmaq üçün birinci olaraq yaşlı futbolçularından əl çəkməlidir.
Komandaların yaş həddi
Simurq - 22,8
MOİK - 23,2
Turan - 23,6
Neftçi - 24,2
Qarabağ - 25,6
Qəbələ - 25,75
İnter - 26,03
AZAL - 26,17
Muğan - 26,2
Bakı - 26,9
Xəzər Lənkəran - 27,92
Gəncə - 28,1
Premyer Liqanın “ağsaqqal”ları
Aslan Kərimov - 37 “Qarabağ”
Mahmud Qurbanov - 37 “Bakı”
Bronislav çervenka - 35 “İnter”
Xaqani Məmmədov - 34 “Xəzər Lənkəran”
Rauf Mehdiyev - 34 “Neftçi”
Terri Kuk - 34 “Qəbələ”
Deon Barton - 34 “Qəbələ”
Azər Məmmədov - 34 “Gəncə”
Arman Feutchin - 34 “Gəncə”
Rəfael Əmirbəyov - 34 “Gəncə”
Kənan Kərimov - 34 “Gəncə”
Premyer Liqanın ən cavan futbolçuları
Elvin Yunusov - 16 “Simurq”
Orxan Sadıqlı - 17 “Xəzər Lənkəran”
Hacı Əhmədov - 17 “Bakı”
Nuran Qurbanov - 17 MOİK
Qara Qarayev - 18 “Qarabağ”
Mirhüseyn Seyidov - 18 “Neftçi”
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu