Ramil Əliyev: «MOİK-in məqsədi bu oyunda bir xal qazanmaq idi»

XƏBƏR 12 Noyabr 2010 / 18:11 1778
-  A +

«Biz bu oyuna ciddi hazırlaşırdıq. Artıq neçə oyun idi ki, böyük hesabla məğlub olurduq. Ona görə də məqsədimiz bu oyunda heç olmasa 1 xal qazanmaq idi». Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-la oyundan sonra MOİK-in baş məşqçisi Ramil Əliyev deyib.
O, ilk buraxdıqları qola kimi əks-hücümda 2-3 qol epizodu yaratdıqlarını söyləyb: «Təəssüf ki, bunlardan istifadə edə bilmədik, təcrübəsizlik bizə mane oldu. İkinci hissədə 11 metrlik cərimə zəribəsindən qol vurduq. Qapıçımız qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə qoydu. Son 25 dəqiqə bəlkə də baxımsız alındı. Bunun da səbəbi bizim 10 nəfər qalmağımız və AZAL komandasının səviyyəcə bizdən üstün olması idi. Komandam axıradək əzmkarlıq göstərərək 1 xal qazandı. Komandamı təbrik edirəm".
Qeyd edək ki, Unibank Premyer Liqasının bu gün keçirilən MOİK - AZAL görüşü 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər