Milli komandamızın və “Xəzər-Lənkəran”ın sabiq futbolçusu, “Karvan”ın kapitanı Kamal Quliyev Lənkəran klubunun yeni transferləri olan Ahmet Dursun və Fatih Sonkaya haqqında fikirlərini bildirib. Qol.Az-a açıqlamasında Quliyev bu tip transferlərin tərəfdarı olsa da, narazılığını da bildirməyi unutmayıb: “Ahmet Dursuna futbolçu kimi böyük hörmətim var və onu “Beşiktaş”kı çıxışlarından tanıyıram. Amma açığı, onun hazırkı səviyyəsi haqqında heç bir bilgim yoxdur. Ümumiyyətlə, bu cür tanınmış futbolçuların Azərbaycana gəlişini müsbət hal sayıram. Çünki nəticədə bizim çempionatın səviyyəsi və rəngarəngliyi artır. Təbii, söhbət səviyyəli legionerlərdən gedir. Yoxsa indiki halda ölkəmizdə oynayan əcnəbilərin böyük əksəriyyətinin səviyyəsi aşağıdır. Səviyyəli legionerlərin gəlişi eyni zamanda ölkəmiz və onun futbolu üçün reklam baxımından da əhəmiyyətlidir. Məsələn, o vaxt Oktay Dərəlioğlu Azərbaycandan getdikdən sonra Türkiyə telekanallarında futbolumuz və Azərbaycan haqqında yüksək fikirlərlər söyləmişdi. Amma bir tərəfdən də baxanda yaxşı olardı ki, Ahmet Dursun kimi futbolçular karyeralarının qürub çağında yox, daha erkən Azərbaycana gəlsinlər”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"