AFFA-nın keçmiş prezidenti: "Zabrat stadionu fermaya oxşayır, orada məşq etmək biabırçılıqdır"

AFFA-nın keçmiş prezidenti: "Zabrat stadionu fermaya oxşayır, orada məşq etmək biabırçılıqdır"
XƏBƏR 12 Noyabr 2010 / 16:15 2579
-  A +

AFFA-nın sabiq prezidenti Fuad Musayev milli komandamızın baş məşqçisi Berti Foqtsun ölkəmizdə stadionların çatışmazlığı ilə bağlı şikayətinə münasibət bildirib.
Qeyd edək ki. Berti Foqts klublara futbolçulara verilən maaşın azaldılmasını və əvəzində yenidən meydançaların salınmasını təklif edib.
Qol.Az-a açıqlamasında Fuad Musayev Foqtsun bu təklifinə sərt reaksiya verib. «Nəyə görə futbolçuların pulu kəsilməlidir? Məgər, üzdə olan klubların pulu yoxdur ki, əlavə meydançalar salsın? O gün qəzetdə oxuyuram ki, milli komanda Zabrat stadionunda məşq edib. Sadəcə olaraq, ayıbdır, biabırçılıqdır. Zabrat stadionunun meydançası fermaya bənzəyir. Foqts ora getməklə özünü və futbolçuları biabır edib. Alman mütəxəsis AFFA rəhbərliyindən tələb etməlidir ki, milli komanda üçün stadion ayrılsın. Məsələn, Tofiq Bəhramov adına Respublika Stadionunda ancaq milli komanda oynamalı, klublar ora buraxılmamalıdır» - deyə Fuad Musayev bildirib.
AFFA-nın sabiq rəhbəri bildirib ki, həmin stadionda yalnız millinin oyunlarının keçirilməsi üçün hökumət qarşısında məsələ qaldırılmalı və bununla bağlı dövlət büdcəsindən pul ayrığmalıdır: «SSRİ vaxtında bizim əsas, başqa sözlə, milli komandamız «Neftçi» idi. Bu komandadan başqa heç bir klub Respublika stadionuna buraxılmırdı. Həmin sistemi indi milli komandayla bağlı tətbiq etmək olar».
Fuad Musayev başqa bir  təklif də irəli sürüb: «Mənim rəhbərliyim dövrümdə «Şəfa» stadionunu tikildi. Ora «Şəfa» klubundan və millidən başqa heç kim buraxılmırdı. Hesab edirəm ki, AFFA «İnter» klubu ilə 25 illik müqaviləni ləğv etməli və «Şəfa»nı milli komandanın sərəncamına verməlidir. Bundan sonra stadionun süni örtüyü təbii örtüklə əvəz olunmalıdır».

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner