Unibank Premyer Liqasının 13-cu turunda sabah “Qarabağ”la qarşılaşacaq “Bakı”nın baş məşqçisi Vinfrid Şeferin müsahibə verib.
- "Şuşa" ilə yoldaşlıq oyununda “Bakı” futbolçularından nə dərəcədə razı qaldınız?
- Belə oyunu keçirməkdə məqsəd ehtiyatda qalanları yoxlamaq və əvəzedici komandada oynayan gənclərə baxış keçirmək idi. Bu qarşılaşmada nəticə önəmli deyildi. Ancaq qələbə qazanmaq çox yaxşıdır. Çoxsaylı qol imkanları yaratsaq da, təəssüf ki, bunların əksəriyyəti boşa verildi.
- Bunu nə ilə izah edərdiniz?
- Bəzən futbolçular topa vaxtından əvvəl və gec zərbə vururdular. Digər tərəfdən, son ötürmələr vaxtında verilmirdi. Futbolçular çatışmazlıqları aradan qaldırmaq üçün öz üzərilərində daha çox çalışmalıdırlar. Rəsmi oyunlarda buradakı səhvləri təkrarlamaq olmaz.
- Son turda "Gəncə" üzərində qələbədən sonra komandanız gərginlikdən çıxa bilib?
- Əlbəttə. “Gəncə” ilə oyunda hesabda geri düşsək də, futbolçularımız dərhal topu mərkəzə gətirdilər. Bu, onu göstərirdi ki, onlar səfərə yalnız qələbə qazanmaq üçün gediblər və buna inanırlar. Komandamız əzmkarlıq, xarakter nümayiş etdirərək, sona kimi vuruşdu. Nəticədə öz meydanında güclü oyun göstərən rəqibi 3:1 hesabıyla məğlub etdik. Buna görə çox sevindim.
- "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- "Qarabağ" çox yaxşı komandadır, baxımlı oyun göstərir, topa güclü nəzarət edir. Rəqibin həm yaxşı oyunçuları, həm də əla məşqçisi var. Yığmanın bir çox oyunçusu bu komandada çıxış edir və bir-birilərini əla başa düşürlər. İlk dövrədə 0:2 hesablı məğlub olmuşuq. Ancaq bu dəfə fərqli oyun olacaq.
- Revanş barəsində düşünürsünüz?
- Qələbə bizə çox vacibdir. Ümid edirəm ki, hesabı oyunun əvvəlində açsaq, rəqib komanda təzyiq altında olacaq. Bu halda qalib gələ bilərik. Lakin müdafiədə diqqətli olmalıyıq.
- Sizcə, "Bakı" ilk "altılıq"dan kənar qalmayacaq ki?
- Bu haqda qəti düşünmürəm. İnanıram ki, ilk məqsədə çatacağıq. Hətta bizim çempion olmaq şansımız da qalıb.
- Belə çıxır ki, liderlə 12 xal fərqini aradan qaldırmağa inanırsınız?
- Əsas məqsədə çatmaq üçün səylə çalışırıq. Əvvəlcədən nəsə demək çətindir. Söz verə bilmərəm ki, 5 oyun sonra "Neftçi"ni keçəcəyik. İndi bütün diqqət "Qarabağ"la oyuna yönəlib.
Mənbə: supersport.az
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”