Flavinyo: «Şəxsən mən Emil Mpenza və ya Vaqif Cavadova səs verərdim»

XƏBƏR 12 Noyabr 2010 / 13:48 1966
-  A +

“Mənə səs verdiklərinə görə hamıya təşəkkür edirəm. Belə bir mükafatı qazanmaq mənim üçün şərəfdir». Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqasının oktyabr ayı üçün ən yaxşı futbolçusu seçilən «Neftçi»nin braziliyalı yarımmüdafiəçisi Flavinyo deyib.
Bu gün keçirilən təqdimat mərasimində o bildirib ki, Azərbaycanda həqiqətən də yaxşı futbolçular var: «Bu mənada, mənim birinci seçilməyim bir qədər sürpriz oldu. Şəxsən mən özüm Emil Mpenza və ya Vaqif Cavadova səs verərdim. «Xəzər Lənkəran»ın baş məşqçisi Mirça Rednikin də mənə səs verməsi çox sevindiricidir. Çalışacağam ki, bu mükafata layiq olan oyun nümayiş etdirim» - deyə o vurğulayıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner