Ronaldo Fergüssonu Mourinyodan üstün hesab edir

Ronaldo Fergüssonu Mourinyodan üstün hesab edir
XƏBƏR 12 Noyabr 2010 / 13:35 1653
-  A +

İspaniyanın “Real” komandasının portuqaliyalı futbolçusu Kriştiano Ronaldo keçmiş baş məşqçisi Aleks Fergüsson haqqında maraqlı fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, Ronaldo ulduz kimi yetişməsində əsas rol oynayan şotlandiyalı mütəxəssisin dünyanın ən yaxşı məşqçisi olduğunu söyləyib. Fergüssonu Mourinyo ilə də müqayisə edən portuqaliyalı ulduz bunları bildirib: “Onların hər ikisinin bir-birinə bənzər cəhətləri var. İkisi də çox təcrübəli və hər zaman qələbə üçün əzmlidirlər. Ancaq, mənim fikrimcə, Fergüsson dünyanın ən yaxşı baş məşqçisidir”.
Qeyd edək ki, hazırda çıxış etdiyi Madrid “Real”ında bu mövsüm 15 matçda forma geyən Ronaldo bu qarşılaşmalarda 12 qol vurub, 8 dəfə isə komanda yoldaşlarının fərqlənməsinə imkan yaradıb.

Son xəbərlər