Azərbaycanın üç gənc hakimi - referi Əliyar Ağayev, referi köməkçiləri Coşqun Həsənov və Yaşar Abbasov UEFA-nın İsveçrədə təşkil etdiyi beynəlxalq seminarda iştirak edib. Bu haqda Qol.Az-a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Onun sözləri görə, UEFA-ya üzv olan 53 federasiyanın nümayəndələrinin iştirak etdiyi və ilk dəfə keçirilən bu tədbirdə hakimlər üçün ingilis dili kursları təşkil olunub. Bundan başqa, hakimlərin fiziki hazırlığı da yoxlanılıb.
Azərbaycanlı referilər İsveçrədə iki oyunda meydana da çıxıblar. Onlar İsveçrə çempionatının ikinci liqasının və Fransa çempionatının əvəzedici komandaları arasıdakı matçı idarə ediblər.
Seminarın başlıca məqsədi gənc milli hakimləri FİFA referiliyinə hazırlamaqdır. Yeddi aydan sonra seminar iştirakçısı olan hakimlər daha bir imtahan verəcəklər. İmtahanların nəticəsindən asılı olaraq, referiləri və referi köməkçilərinə sertifikatlar təqdim olunacaq. UEFA-dan müsbət rəy alan hakimlərə gələcəkdə milli federasiyanın təqdimatından sonra avtomatik olaraq FİFA referisi statusu veriləcək.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Jesus Ronaldo haqda: "Qaydalar hamı üçün eynidir"
Bugünkü oyunlar bu kanallarda
Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”