Hiddink Azərbaycanla oyun üçün “silah” tapdı

Hiddink Azərbaycanla oyun üçün “silah” tapdı
XƏBƏR 12 Noyabr 2010 / 13:18 1947
-  A +

“Avro-2012”nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink daha öncə bəyan etdiyi kimi heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, artıq hollandiyalı baş məşqçi “Fənərbaxça”da çıxış edən iki gənc futbolçunu milli komandanın düşərgəsinə cəlb etməyə qərar verib. Hiddinkin diqqətində olan futbolçular Okan Alkan və Gökay İravuldur. Türkiyənin “Hürriyət” qəzetinin xəbərinə görə, təcrübəli mütəxəssis artıq bu barədə TFF prezidenti Mahmud Özgener ilə də danışıb. Xəbərdə bildirilir ki, hollandiyalı baş məşqçi hər iki gənci çox bəyənib və onların gələn mövsüm komandanın dəyişilməz silahlarından olacağını söyləyib.
Qeyd edək ki, adları çəkilən gənc futbolçular 1992-ci ildəndir. Okan müdafiənin sağ cinahında, Gökay isə yarımmüdafiədə çıxış edir.

Son xəbərlər