AFFA hakimləri yenə sınağa çəkir

XƏBƏR 12 Noyabr 2010 / 13:12 1629
-  A +

Noyabrın 24-25-də AFFA-nın Hakimlər Komitəsi növbəti test-kuper keçirəcək. Bu haqda Qol.Az-a komitənin sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, test-kuperdə Premyer Liqa, birinci dəstə və əvəzedici komandaların oyunlarını idarə edən referilər və referi köməkçiləri iştirak edəcəklər. «Testdən keçə bilməyən hakimlər dekabr ayında keçiriləcək çempionatın oyunlarına təyinat almayacaqlar» - deyə X.Məmmədov vurğulayıb.

Son xəbərlər