Türkiyə kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Qaziantepspor”, “Bucaspor” və “Ankaragücü” qrup mərhələsinə inamlı qələbə ilə başlayıb. Superliqanın 9-cu turunda səfərdə “Qalatasaray”ı üstələyən “Ankaragücü” komandası bu dəfə kubok uğrunda yarışlarda “Fənərbaxça”nı eyni hesabla məğlub edib. 28 ildir ki, adı çəkilən kuboka həsrət qalan “Fənərbaxça” isə bu məğlubiyyətlə yarışa xalsız başlamağa məcbur olub. İkinci oyun günündə də üç qarşılaşma baş tutub. “Bursaspor” 3-cü dəstə komandasını məğlub edə bilməyib. “Qalatasaray” isə aşağı dəstədə liderlik uğrunda mübarizə aparan “Dənizlispor”u məğlub edib. Kubokun hesabat turuna dünən keçirilmiş qarşılaşmalarla yekun vurulub. Ötən gün iki qarşılaşma baş tutub. “Beşiktaş” aşağı dəstə komandalarından “Qaziantep BB” ilə bacarmayıb. Türkiyə Superliqasında hələ də qələbəyə həsrət olan "Kasımpaşa" isə kuboka inamlı qələbə ilə başlayıb.
Türkiyə kuboku
Qrup mərhələsi
9 noyabr
“Antalyaspor” – “Qaziantepspor” – 1:3
Qollar: Ciehua, 19 – De Souza, 58. Popov, 78-pen. Arı, 90
Matçın 76-cı dəqiqəsində meydan sahiblərinin üzvü Ncok qırmızı vərəqə ilə cəzalandırılıb.
“Bucaspor” – “Yeni Malatyaspor” – 2:1
Qollar: Aktaş, 13. Gevik, 58 – Ağdoğan, 20-pen
Matçın 4-cü dəqiqəsində “Bucaspor”un futbolçusu Özmen meydandan qovulub.
“Ankaragücü” – “Fənərbaxça” – 4:2
Qollar: Raynoç, 48. Sestak, 76. G.Gönül, 85-öz qapısına. Söyləməzgillər, 90 – Semih, 12. Dos Santos, 90
10 noyabr
“Konya Şəkərspor” – “Manisaspor” – 2:1
Qollar: Ömər Əli, 39. Cafərcan Aksu, 83 – Kahe, 56
“Bursaspor” -“Kırıkxanspor” – 1:1
Qollar: Nunez, 27 – Akan, 25
“Qalatasaray” – “Dənizlispor” – 3:1
Qollar: Elano, 27. Pino, 75, 88 – İsmayıl, 66
11 noyabr
“İstanbul BB” - “Kasımpaşa” – 1:3
Qollar: Herve Tum, 3 – Varela, 41. 64. Sebah, 56
“Qaziantep BB” - “Beşiktaş” – 1:0
Qol: Özən, 26
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu