Bəxtiyar Soltanov: «Roşa cırtdan boydadı, mənə kəllə atır»

Bəxtiyar Soltanov: «Roşa cırtdan boydadı, mənə kəllə atır»
XƏBƏR 12 Noyabr 2010 / 11:42 2499
-  A +

“Bakı” klubunun məşqində futbolçular Bəxtiyar Soltanovla Leandro Roşa arasındakı dava mətbuatın gündəmindədir. Qol.Az-ın “Futbol+” qəzətinə istindən yaydığı məlumata görə, Bəxtiyar Soltanov bildirib ki, hamı günahı onun üzərinı atır, əslində isə belə deyil: “Roşanın bura gəldiyi bir ay deyil, məşqdə üstəmə cumur, mənə kəllə atır. Ona heç nə etməmişdim, sadəcə, bir qədər sərt oynamışdım. Bu da Roşaya ləzzət etməyib. Heç ayağına da vurmamışdım, topa oynayırdım. Üstəmü cumub «çto za problema» dedi. İtələdim, yenə üstümə gəldi. Sonradan Şefer üzümü görmədi, köməkçilərindən məni əvəzedici heyətə göndərmələrini istədi».
B.Soltanov bu məsələylə bağlı klub rəhbərliyilə danışacağını bildirib. «Şeffer gətirdiyi 32 yaşlı legioneri oynatsın, görək nə olacaq. Əlbəttə, günah Roşadadır. Səhvim onda oldu ki, onu vurdum. Gərək gözləyəydim, birinci o vurardı, məndə camaatın içində biabır olardım? Cırtdan boydadı, mənə kəllə atır. Şefer isə özünü görməzliyə vurdu. Belədi də, baş məşqçi legionerlərə güvənir, onlar da özlərini bu cür aparır».

Son xəbərlər