"Neftçi"nin braziliyalı futbolçusu Alessandro Viana da Silva "Muğan"la sabah keçiriləcək qarşılaşmadan əvvəl fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında o bildirib ki, “İnter”ə qarşı son oyunları ağır keçib: “Meydançanın pis vəziyyətdə olması istədiyimiz futbolu nümayiş etdirməyə imkan vermədi. Matçda qol vurmaq üçün o qədər də imkanımız olmadı. Rəqib futbolçular bəzi epizodlarda çox kobud oynayırdılar. Mpenza cərimə zərbəsindən fərqlənməklə, komandamıza 1 xal qazandırdı. Nəticə bizim üçün pis deyil. Bu oyunu unudub, artıq qarşıdan gələn "Muğan"la görüşü düşünürük. Arxada qalan oyunda buraxdığımız səhvləri nəzərdən keçirib üzərində çalışacağıq. Salyanda isə yalnız 3 xalı qazanmaq üçün oynayacağıq. Çünki bu görüşdə qələbə qazanmaqla yolumuza davam etmək istəyirik".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu