İtaliyanın “Milan” komandasının futbolçusu Ronaldinyonun yeni klubu müəyyənləşib. Lent.az-ın “Gazzetta della Sport”a istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi “Los Anceles Qalaksi” (ABŞ) ilə anlaşıb.
“Sambaçı”nın həm də meneceri olan qardaşı Roberto de Assis amerikalılarla danışıqlar masasına oturub və Ronaldinyonun növbəti mövsümdən ABŞ çempionatında çıxış etməsinə dair razılığa gəlib. 30 yaşlı ulduzun “Milan”la hazırkı müqaviləsi 2011-ci ilin yayında başa çatacaq. “Rossonyerlər”in rəhbərliyi onunla yenidən anlaşmaq istəsə də, buna nail ola bilməyib. “Los Anceles Qalaksi” isə Ronaldinyoya hər il üçün 7 milyon avro olmaqla, 4 illik müqavilə təklif edib.
Qeyd edək ki, Ronaldinyo 2008-ci ilin yayından “Milan”da çıxış edir. O, “qara-qırmızılar”ın heyətində İtaliya çempionatında 65 matçda 20 qol vurub. Təcrübəli yarımmüdafiəçi əvvəllər Braziliyanın “Qremio”, Fransanın PSJ və İspaniyanın “Barselona” klublarının da formasını geyinib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu