«Millinin baş məşqçisinin fikirlərinə hörmətlə yanaşırıq. Amma bizim infrastrukturumuz göz qabağındadır». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov Azərbaycanda stadionların vəziyyətindən narazılıq ifadə edən millimizin baş məşqçisi Berti Foqtsun klubları futbolçuların maaşını azaltmaq və əvəzində yeni meydançalar salmaqla bağlı təklifinə münasibət bildirərkən deyib.
Foqtsun fikirlərinə hörmətlə yanaşdığını söyləyən T.Nadirov «Xəzər Lənkəran»ın həm infrastruktura, həm də futbolçularına diqqətlə yanaşdığını vurğulayıb: «Biz futbolçularımız üçün nə qədər pul verəcəyimizi müəyyənləşdirmişik. Təbii ki, onlara hər ay 500-1000 manat verə bilmərik. Bu, çox azdır. Amma bizim futbolçular bəzi klubların oyunçuları kimi ayda 20-50 min dollar da tələb etmir».
T.Nadirov Foqtsun təklifinin əslində «Xəzər Lənkəran»a aid olmadığını söyləyib.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu