İngiltərə Premyer Liqasında 12-c turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, həftəiçi olmasına baxmayaraq, ingilislər bu arada daha bir tur oynamağa qərar verib. İlk oyun günündə iki matç baş tutub. Tuncay Şanlının komandası “Stok Siti” “Birmingem” üzərində çətin qələbəyə sevinib. Lakin Türkiyə millisinin hücumçusu həmişəki kimi bu oyunu da ehtiyat oyunçular skamyasından izləyib. “Tottenhem” isə “Sanderlend”lə sülhə razılaşıb. Əsas qarşılaşmalar isə bu gecə keçirilib. Turun mərkəzi görüşündə - Mançester derbisində tərəflər sülhə razılaşıb. Lider “Çelsi” minimal hesablı qələbəylə zirvədəki mövqeyini daha da möhkəmləndirib. Lakin maraqlıdır ki, bu matçda komandasının qələbə qolunu vuran Essyen həm də antiqəhrəman olub. “Arsenal” da qələbəyə sevinib. London klubunun hər iki qolunun müəllifi Şamax olub ki, o birinci topu oyun başlayanda, digərini isə son saniyələrdə rəqib qapısından keçirib.
İngiltərə Premyer Liqası
12-ci tur
9 noyabr
“Stok Siti” – “Birmingem” – 3:2
Qollar: Hut, 44. Fuller, 71. Uitehid, 85 – Fahey, 74. Jerom, 76.
“Tottenhem” – “Sanderlend” – 1:1
Qollar: Van der Vaart, 64 – Qyan, 67.
10 noyabr
“Aston Villa” – “Blekpul” – 3:2
Qollar: Douninq, 28. Delfouneso, 60. Kollinz, 89 – Harevud, 45. Kempbil, 87.
“Çelsi” – “Fulhem” – 1:0
Qol: Essyen, 30.
Matçın 90-cı dəqiqəsində “Çelsi”nin üzvü Essyen meydandan qovulub.
“Nyukasl” – “Blekbern” – 1:2
Qollar: Karol, 47 – Pedersen, 3. Roberts, 82.
“Vest Hem” – “Vest Bromviç” – 2:2
Qollar: Parker, 43. Pikyon, 50-pen. – Odemvinçe, 38-pen. İbanes, 71.
“Viqan” – “Liverpul” – 1:1
Qollar: Rodalleqa, 52 – Torres, 7.
“Vulverhempton” – “Arsenal” – 0:2
Qollar: Şamax, 1; 90.
“Everton” – “Bolton” – 1:1
Qollar: Bekford, 90 – Klasniç, 79.
Matçın 87-ci dəqiqəsində “Everton”dan Fellaini qırmızı vərəqə alıb.
“Mançester Siti” – “Mançester Yunayted” – 0:0
| 1 | "Çelsi" | 12 | 9 | 1 | 2 | 28-5 | 28 |
| 2 | MY | 12 | 6 | 6 | 0 | 24-13 | 24 |
| 3 | "Arsenal" | 12 | 7 | 2 | 3 | 24-11 | 23 |
| 4 | MS | 12 | 6 | 3 | 3 | 15-10 | 21 |
| 5 | "Nyuksl" | 12 | 5 | 2 | 5 | 21-16 | 17 |
| 6 | "Bolton" | 12 | 3 | 7 | 2 | 18-17 | 16 |
| 7 | "Tottenhem" | 12 | 4 | 4 | 4 | 14-15 | 16 |
| 8 | "Sanderlend" | 12 | 3 | 7 | 2 | 12-13 | 16 |
| 9 | "Liverpul" | 12 | 4 | 4 | 4 | 13-15 | 16 |
| 10 | "Aston Villa" | 12 | 4 | 4 | 4 | 13-16 | 16 |
| 11 | "Vest Bromviç" | 12 | 4 | 4 | 4 | 16-21 | 16 |
| 12 | "Everton" | 12 | 3 | 6 | 3 | 13-11 | 15 |
| 13 | "Blekbern" | 12 | 4 | 3 | 5 | 13-14 | 15 |
| 14 | "Blekpul" | 12 | 4 | 2 | 6 | 19-26 | 14 |
| 15 | "Fulhem" | 12 | 2 | 7 | 3 | 13-13 | 13 |
| 16 | "Stok Siti" | 12 | 4 | 1 | 7 | 13-18 | 13 |
| 17 | "Birmingem" | 12 | 2 | 6 | 4 | 14-17 | 12 |
| 18 | "Viqan" | 12 | 2 | 5 | 5 | 9-21 | 11 |
| 19 | "Vulverhempton" | 12 | 2 | 3 | 7 | 11-20 | 9 |
| 20 | "Vest Hem" | 12 | 1 | 5 | 6 | 11-22 | 8 |
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu