Bu gün keçiriləcək iki oyunla əvəzedici heyətlərin Azərbaycan çempionatında 13-cü tura start veriləcək. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, turun açılış oyununda paytaxtın MOİK və AZAL klubları qarşılaşacaq. Son turda çempion "Qarabağ"la oyunda qələbəni əldən verən MOİK futbolçuları ilk altılıq uğrunda mübarizədə AZAL-ı məğlub etmək əzmindədirlər. "Hərbçilər"i 5 və 6-cı pillələri bölüşən "Muğan" və "İnter"dən yalnız bir xal ayırır. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmış AZAL isə qalib gəlməklə liderlər qrupunda yerini qoruya bilər.
MOİK - AZAL
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Müslüm Mövludov
Hakim-inspektor: Vahid Quliyev
"Şəfa" stadionu, 4-cü meydança. Saat 14:00
Günün digər oyununda "Turan" doğma meydanda "Gəncə" klubunu qəbul edəcək. "Qərb derbisi" kimi səciyyələndirilən qarşılaşmada ev sahibi komandanı üstün saymaq olar. Belə ki, ilk dövrədə keçirilən qarşılaşmada 3:1 hesabı ilə qalib gələn Nizami Ocaqverdiyevin yetirmələri son 9 oyunda məğlubiyyətsiz irəliləyir. Ehtiyatda bir oyunu olan "Turan"ı həm də itirilmiş xallara görə turnir cədvəlinin lideri saymaq olar. Son üç oyunda iki xal toplayan Gəncə təmsilçisini isə 11-ci pillədən cəmi 3 xal ayırır.
"Turan" - "Gəncə"
Hakimlər: Camaləddin Hacıyev, Ruslan Nəsibov, İftixar Qəniyev, Ruslan Quliyev
Hakim-inspektor: Salman Vəliyev
Tovuz rayonu, Qaraxanlı qəsəbə stadionu. Saat 14:30
| 1 | "Bakı" | 12 | 8 | 3 | 1 | 29-8 | 27 |
| 2 | "Turan" | 11 | 8 | 2 | 1 | 20-8 | 26 |
| 3 | AZAL | 11 | 7 | 3 | 1 | 18-6 | 24 |
| 4 | "Qəbələ" | 12 | 6 | 4 | 2 | 26-13 | 22 |
| 5 | "Muğan" | 12 | 5 | 2 | 5 | 11-11 | 17 |
| 6 | "İnter" | 11 | 4 | 5 | 2 | 12-12 | 17 |
| 7 | MOİK | 12 | 4 | 4 | 4 | 17-16 | 16 |
| 8 | "Neftçi" | 11 | 4 | 2 | 5 | 21-18 | 14 |
| 9 | "Qarabağ" | 12 | 3 | 3 | 6 | 21-23 | 12 |
| 10 | "Gəncə" | 12 | 2 | 4 | 6 | 12-18 | 10 |
| 11 | "Xəzər Lənkəran" | 12 | 2 | 1 | 9 | 8-28 | 7 |
| 12 | "Simurq" | 12 | 0 | 1 | 11 | 6-40 | 1 |
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu