Unibank Premyer Liqasının bu həftə keçiriləcək 13-cü turunda “Qarabağ”la qarşılaşacaq “Bakı” bu gün birinci dəstədə mübarizə aparan “Şuşa” klubu ilə qarşılaşıb. Qol.Az-ın “Bakı”nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Vinfrid Şefer bu oyunda əsas heyətdə oynamaq imkanı olmayan və əvəzedici heyətdən bəyəndiyi futboçuları sınayıb.
Əvəzedicilərdən Ayxan Əsədov, Nurlan Novruzov, Nicat Abdullayev, Şəhriyar Əliyev, Səbuhi Həsənov, Orxan Müzəffərli oynamaq imkanı qazanıblar. Zədə səbəbindən iki ay ərzində yaşıl meydanlardan kənar qalan kamerunlu Joel Epalle, iki həftə əvvəl məşqdə topuğundan zədələnən Emin Cəfərquliyev də bu gün meydana çıxıblar.
Əsas heyət futbolçularından Mahmud Qurbanov, Vadim Borets və Vyaçeslav Sofroni 90 dəqiqə meydanda olublar. Birinci hissədə Şefer əvəzedici heyətdən 6 futbolçuya forma geyinmək şansı verib.
Hesabı oyunun 30-cu dəqiqəsində penalti zərbəsi ilə Mahmud Qurbanov açıb. Bir neçə dəqiqə sonra gənc futbolçu Nurlan Novruzov hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.
Oyun elə bu hesabla da başa çatıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu