Baş məşqçisi İqor Mitreskinin xahişini yerə salıb

Baş məşqçisi İqor Mitreskinin xahişini yerə salıb
XƏBƏR 10 Noyabr 2010 / 17:32 1762
-  A +

"Açığı, baş məşqçimiz Mirsad Yonuzdan Albaniya ilə görüşə çağırılmamağımı xahiş etmişdim. Lakin o, ixtiyarında heç olmasa iki təcrübəli futbolçunu görmək istədiyini bildirdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin və Makedoniya millisinin müdafiəçisi İqor Mitreski söyləyib.
Makedoniya yığmasının Albaniya millisi ilə yoldaşlıq görüşünə çağırılan təcrübəli futbolçu paytaxt klubunun rəsmi saytına açıqlamasında bunları vurğulayıb: “Düzdür, Albaniya ilə görüşdə yığmaya namizəd olan gənc futbolçulara üstünlük veriləcək. Ancaq təbii ki, heyətdə bütünlüklə gənclərə şans vermək mümkün deyil".

Son xəbərlər