Makedoniya yığma komandası Albaniya millisi ilə yoldaşlıq görüşü keçirəcək. Qol.Az-ın məlumatına görə, makedonların baş məşqçisi Mirsad Yonuz "Neftçi"nin müdafiəçisi İqor Mitreskiyə dəvət göndərdiyi halda, əvvəlki oyunlardan fərqli olaraq bu dəfə yarımmüdafiəçi Slavko Georgiyevskini yığmaya çağırmayıb. Georgiyevski bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Makedoniya yığması Albaniya ilə hazırlıq matçı keçirəcək. Mən vətənimdən Bakıya yeni qayıtmışam. Makedoniyaya getməkdə məqsədim ailəmi ziyarət etmək idi. Yeni övladım dünyaya gəlib. Komandamızın baş məşqçisi Arif Əsədovdan icazə alaraq vətənimə yollandım. Məhz orada yığmamızın baş məşqçisi Mirsad Yonuzla geniş söhbət etdik. Baş məşqçimiz Albaniya ilə oyunda mənə dəvət göndərməyəcəyini bildirdi. O, hazırlıq görüşündə yığmaya yeni namizədlərə şans verəcəyini açıqladı. Mən də bunu anlayışla qarşıladım. Mirsad Yonuz mənə seçmə mərhələnin oyunlarına hazır olmağı tapşırdı".
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu