Avropanın milli çempionatlarında ən çox fərqlənən futbolçular üçün tərtib edilən “Qızıl Buts” mükafatına azərbaycanlı futbolçu da namizəddir. Qol.Az-ın məlumatına görə, Moskva “Lokomotiv”inin və eyni zamanda Ukrayna millisinin üzvü olan azərbaycanlı futbolçu Aleksandr Əliyevin də bu mükafatı qazanmaq imkanı olduğu iddia edilir. Bu haqda Rusiya mətbuatı yazıb: “Hazırda Əliyev bu siyahıda 21 xalla 7-ci pillədə qərarlaşıb. Lakin onun daha da irəli getmək şansı var. Bunun üçün isə o qarşıdakı hər oyunda azı bir dəfə fərqlənməlidir”.
Maraqlıdır ki, şimal qonşularımız Azərbaycan Premyer Liqasına da toxunublar və Premyer Liqamızda “Neftçi”nin özbəkistanlı hücumçusu Bahadır Nəsimovun hegomonluq etdiyini qeyd ediblər. Lakin Nəsimovun bu yarışda Əliyevə çatması üçün daha 9 dəfə fərqlənməsi lazım olduğu xüsusi vurğulanıb.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu