Bu gün Rusiyanın nüfuzlu «Sport-Ekspress» qəzetində jurnalist Yevgeni Dziçovskinin Rusiya millisilə bağlı geniş yazısı dərc edilib. Qol.Az-ın məlumatına görə, rusiyalı həmkarımız məqaləsində qarşıdan gələn Rusiya - Azərbaycan oyununa da geniş yer ayırıb. Məlum olduğu kimi, milli komandamız martın 28-də Moskvanın «Lujniki» stadionunda dünya çempionatının seçmə qrup oyunları çərçivəsində Rusiya millisilə qarşılaşacaq. Dziçovskinin yazısından belə qənaətə gəlmək olar ki, ruslar millimizdən çəkinirlər. Onlar hesab edirlər ki, Azərbaycan futbolçuları Moskvadan xalla dönə bilərlər: «Martın 28-də bizi azərbaycanlılarla çox vacib oyun gözləyir. Quus Hiddink yetirmələrini 3 həftəlik təlim-məşq toplanışına cəlb edib. Matça kimi isə Rusiya çempionatında iki tur oynanılacaq. Bütün proseslər ötən il rumınlarla oyundan əvvəl olduğu kimi cərəyan edir. 3 gün sonra isə yəni, aprelin 1-də Rusiyanı Vadutsda səfər oyunu gözləyir. İroniyasız deməliyik ki, həmin qarşılaşma da çox vacibdir. Rumuniya ilə oyunu yəqin ki, hamı xatırlayır. Keçən ilin martında biz onlara 0:3 hesabı ilə məğlub olmuşduq. Optimistlər dərhal deyəcək ki, Azərbaycanla Lixtenşteyn Rumuniya deyil. Amma pessimistlər son illər bizim mart və aprel ayında keçirdiyimiz oyunların statistikasına nəzər salmağımızı məsləhət görəcəklər. Gəlin, diqqət yetirək. 2001-ci ilin yaz ayları bizim üçün heç də pis olmadı. Səfərdə yuqoslavlara qalib gəldik. Eyni ildə Farer adalarını 2:1 hesabı ilə məğlub etdik. 2007-ci ilin yazında estonları üstələdik (2:1) və diqqət - Lixtenşteyni çətinliklə keçdik (2005, 2:1). Qapımızdan qolu isə rəqibin ən təhlükəli silahi Frik keçirmişdi. Gördüyünüz kimi, heç də asan qələbələr olmadı. Amma əsas məsələ bu deyil. İndi mart-aprel aylarına təsadüf edən uğursuzluqlarımıza nəzər salaq. Hansıki onların sayı daha çoxdur. Məsələn, Sloveniya (1:1), Estoniya (1:2 və 1:1), Fransa (0:0), Albaniya (1:3), Gürcüstan (0:1), Bolqarıstan (2:2), Norveç (2:3), Braziliya (0:1) və bayaq xatırlatdığımız Hiddinklə birlikdə uğursuz Buxarest səfərimiz. Məgər bu statistik göstəricilər Azərbaycan və Lixtenşteynlə oyun öncəsi bizim üçün bir siqnal deyilmi? Azərbaycan millisini futbolçu kimi dünya çempionu olan Berti Foqts çalışdırır. Bu günlərdə onlar Birləşmiş Ərəb Əmirliklərində iki həftəlik təlim-məşq toplanışı keçməkdədirlər. Bundan başqa, 3 yoldaşlıq görüşü planlaşdırıblar ki, bunun da ikisini artıq oynayıblar. Özbəkistanla 1:1 oynayan azərbaycanlılar Çexiya çempionatının lideri «Slaviya»ya məğlub olublar (0:2). Qarşıda isə hələ Küveytlə daha bir oyunları qalıb. Martın əvvəllərində isə Azərbaycan millisi Rusiya ilə matç öncəsi növbəti təlim-məşq toplanışını keçmək üçün Foqtsun vətəni Almaniyaya yollanacaq. Bu dəfə 4 günlük. Əlbəttə, bizim əlimizdə Avropa çempionatının bürünc medalları var. Amma bununla Azərbaycana və Lixtenşteynə hədə-qorxu gəlmək olmaz. Rəqiblərin təlim-məşq proqramını qiymətləndirmək lazımdır. Hansı ki, bizdə mart-aprel ayları üçün həmin peşəkar hazırlıq çatışmır. Unutmayaq ki, bizi Moskvada və Vadutsda ciddi hazırlıq keçmiş rəqiblərlə oyunlar gözləyir. Bəli, bir çox parametrlərdə yuxarıda adları qeyd olunan rəqiblərimizdən güclüyük. Bizim təkcə Avropa bürüncümüz və Quus Hiddinkimiz deyil, həm də böyük təcrübəmiz var. Bunlar isə əsas üstünlüyümüzdür və bu mənada işimiz çətin olmamalıdır. Təbii ki, keçmişdə buraxılan səhvlərdən nəticə çıxarsaq».
2-ci liqada 3 oyun
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı