"Gənc futbolçuları çox tərifləmək lazım deyil" - Emin Mahmudov

"Gənc futbolçuları çox tərifləmək lazım deyil" - Emin Mahmudov
ÖLKƏ FUTBOLU 24 Yanvar 2022 / 19:02 2285
-  A +

"Burada yaxşı məşqlərimiz oldu, buna görə də mövsümün ikinci hissəsinə hazır olduğumuzu deyə bilərəm. Çempionatın 3 və 4-cü dövrələrini yaxşı keçirməyə çalışacağıq. İlk iki yoxlama oyunu çətin keçdi. Bu gün yaxşı oynamağa çalışdıq. Bəzi epizodlarımız alınmadı. Çempionatda daha yaxşı çıxış edəcəyik".

Qol.az xəbər verir ki "Neftçi"nin kapitanı Emin Mahmudov Türkiyənin Antalya bölgəsində Polşanın "Qurnik" (Leçna) klubuna 1:0 hesabı ilə qalib gəldikləri sonuncu yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

O, komandanın baş məşqçisi Samir Abasovun tətbiq etdiyi yeni oyun sistemi barədə də danışıb: "Orta xətdə heç nə dəyişilməyib. Yenə də 3 nəfər çıxış edir. Bizə vaxt lazımdır. Amma indi də oyunumuz pis alınmır. Yeni futbolçular komandaya öyrəşirlər. Düzdür, bəzi epizodları tam başa düşmürlər. Amma qarşıda hələ bir həftəmiz var. Düşünürəm ki, yaxşı olacaq".

Mahmudov toplanışda iştirak edən gənc oyunçuların durumundan söz açıb: "Onları çox tərifləmək lazım deyil. Amma öz üzərilərində işləsələr, daha yaxşı ola bilərlər".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi