"Zirə" Şimali Makedoniya klubu ilə heç-heçə etdi

"Zirə" Şimali Makedoniya klubu ilə heç-heçə etdi
ÖLKƏ FUTBOLU 24 Yanvar 2022 / 19:03 1818
-  A +

Antalyada hazırlıqlarını yekunlaşdırmaq üzrə olan "Zirə" bu gün sonuncu yoxlama matçına çıxıb.

Qol.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Şimali Makedoniyanın "Breqalnitsa" klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. "Breqalnitsa" Şimali Makedoniya çempionatında 29 xalla 12 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Macarıstan "Peç"inə 3:5 hesabı ilə məğlub olub, "Qurnik"lə (Leçna) bərabərə qalıb - 2:2.

24 yanvar

"Zirə" – "Breqalniça" - 1:1
Qollar:
Volkov, 14 – Duyovski, 5

Daha çox


Son xəbərlər