İngiltərənin “Çelsi” klubunun və Kot d İvuar milli komandasının futbolçusu Didye Droqba malyariya xəstəliyinə tutulub. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Droqba noyabrın 7-də “Liverpul”la keçirilən İngiltərə çempionatı matçı öncəsi özünü pis hiss etdiyini bildirib.
Ehtiyatda qalan forvard meydançaya yalnız ikinci hissədə daxil olub. Noyabrın 9-da o, qan analizi verib. Nəticədə Droqbanın malyariya olduğu müəyyənləşib. “Çelsi”nin baş məşqçisi Karlo Ançelotti 32 yaşlı oyunçunun bu xəstəliyə necə yoluxmasından xəbərsiz olduğunu bildirib. Didye Droqbanın nə vaxt yaşıl meydanlara dönəcəyi məlum deyil. Noyabrın 10-da “Çelsi” İngiltərə çempionatı matçında “Fulhem”lə üz-üzə gəlməlidir. 11 turdan sonra “zadəganlar” 25 xalla liderdirlər.
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi
İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Mançester Siti" apellyasiya şikayəti verəcək
2-ci liqada 10 oyunun vaxtı açıqlandı
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
Məşhur hücumçu karyerasını başa vurdu